6 C
Baku
25 Fevral 2026, 2:14
Siyasət

Kinşasada Rusiyaya dəstək aksiyası keçirilib

Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada Rusiyanın siyasətinə və Prezident Vladimir Putinə dəstək üçün böyük mitinq keçirilib. Burada gənc konqolular Rusiya bayraqları ilə küçələrə çıxıb və Moskva ilə əməkdaşlıq üçün çıxış ediblər.

“Putin, bizə kömək etməyə gəl! Rusiya kimi etibarlı tərəfdaşlara ehtiyacımız var!”

Bugun.tv TASS-a istinadən xəbər verir ki, bu barədə mitinqin təşkilatçısı Bruno Mimbenqa bildirib.

Eyni zamanda, nümayişçilər Fransanın KDR-dəki səfirliyi qarşısına toplaşıblar. Onlar Emmanuel Makronun qarşıdan gələn səfərinə etiraz ediblər. Etiraz “Makron qatildir”, “O, KDR balkanlaşmasının xaç atasıdır”, “Konqolular Fransanın siyasətinə yox deyir” şüarları altında keçirilib.

Etirazçılar Fransanı KDR ilə qarşıdurmada Ruandanın əsas müttəfiqi hesab etdiklərinə diqqət çəkiblər. Kinşasa Ruandanın paytaxtı Kiqalini Konqo ərazisində üsyançıları dəstəkləməkdə ittiham edir.

Qeyd edək ki, bu həftənin sonunda Makronun Afrika ölkələri ilə  pisləşən münasibətləri düzəltmək üçün   Kinşasaya gəlməsi planlaşdırılır.

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: “Ukraynanın müqaviməti Rusiyanı maksimalist şərtlərindən geri çəkilməyə məcbur edir”

Aynur Camal

Məhəmməd Əsədullazadə: Gürcüstan və Rusiya Ermənistana təzyiq mexanizmlərini gücləndirir

Aynur Camal

“Cenevrə görüşündən nəticə çıxmasa, müharibə qaçınılmazdır” – politoloq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu