Malayziyada yaşayan Racheal Kaur paytaxt Kuala-Lumpura işə getmək üçün hər gün Penanqdan təyyarəyə minir. Kirayə xərclərindən qaçdığı üçün bu üsula üstünlük verdiyini ifadə edən Kaur, işə təyyarə ilə getməyin yaşayış və yemək xərclərindən daha sərfəli olduğunu söyləyib. Malayziyanın Penanq şəhərində yaşayan Racheal Kaur adlı qadın işə gedərkən istifadə etdiyi üsulla hər kəsi təəccübləndirir.
Ev kirayələrinin çox yüksək olduğu Kuala Lumpurda işləyən Racheal Kaur, bu xərci azaltmaq üçün hər gün Penanqdan təyyarə ilə getdiyini açıqlayıb.
Kaur deyir ki, o, hər gün işə təyyarə ilə gedir və bu, onun iş-həyat balansını yaxşılaşdırır.
HƏR GÜN İŞƏ TƏYYARƏ İLƏ GƏLİR
Kaur iş həftəsinin hər günü Penanq və Kuala Lumpur arasında 40 dəqiqəlik uçuş edir və bu vəziyyətdən məmnunluğunu bildirir.
İşə təyyarə ilə getdiyi üçün uşaqları ilə vaxt keçirmək imkanı olduğunu izah edən Kaur səhər saat 04:00 radələrində oyanır və 05:00 radələrində uçuşuna yetişmək üçün evdən çıxır.
The Sun- bildirir ki, Kaur saat 05:55-də yola düşən təyyarəyə minir və hər səhər saat 7:45-də ofisə çatır.
Air Asia-nın maliyyə departamentində menecer köməkçisi kimi çalışan Kaur, işə uçmağın Kuala Lumpurda mənzil kirayə verməkdən daha ucuz olduğunu söylədi.
Kaur, “İki uşağım var, biri 12, digəri 11. Normalda səhər saat 04:00-da, ən kiçiyi saat 04:15-də oyanıram. Duş alıb, geyinib saat 05:00-da evdən çıxıram. Təyyarəyə minirəm və təyyarə adətən saat 05:55-də havaya qalxır” deyib.
Kaur, “Təyyarə ilə səyahət Kuala Lumpurda mənzil kirayə verməkdən daha ucuzdur. Ev kirayələri 300 dollar civarındadır. Amma indi ipotekanı 223 dollara ödəyirəm” deyib.
Mənbə: EnSonHaber