29 C
Baku
1 İyun 2025, 14:29
Baş xəbərSosial

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bugun.tv xəbər verir ki, analarla bərabər ataların da uşaqlara görə, güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası almaq hüququ olacaq. Şərtlər sırasına valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı hal da şamil ediləcək. Bu, Milli Məclisdə keçirilən plenar iclasda müzakirə edilən “Əmək pensiyaları haqqında” dəyişiklikdə öz əksini tapıb.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. Dəyişikliyə əsasən, qadın vəfat etdiyi zaman uşaq atanın himayəsində qaldıqda və növbəti dəfə ailə qurduqda da onların bu hüququ dəyişməyəcək.

Digər mühüm qərar isə avtomatlaşdırılmış qayda da pensiya təminatının yaradılmasıdır. Güzəştli şərtlərlə pensiya təyinatı zamanı vətəndaşların müraciət etmək, sənədlər toplamaq öhdəliyi də ləgv olunur.

Qeyd edək ki, yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.

Aynur Camal

Oxşar xəbərlər

Paytaxtda qətl törədildi

Teymur Əziz

Avtotəmir sexlərinin birində oğurluq edən şəxs saxlanıldı

Kəmalə Sultan

ABŞ Dövlət Departamenti “TRT Haber”in suallarını cavablandırıb: “Erməni təxribatını araşdırırıq”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu