19 C
Baku
8 Sentyabr 2024, 3:39
Baş xəbərMədəniyyət

Kitab davası (Tural İsmayılovun qısa absurd hekayəsi)

Kitab dükanının sahibi 9-a qalmış əllərini yuyub hazırlanırdı, bu vaxt telefonuna zəng gəldi: “Alo, mesajını aldım qızım, gələndə Nabokovun kitabını gətirəcəyəm”. Tozlu rəfdən sarı üzlü Nabukovun kitabını götürərək qapını çırpdı və sürətlə uzaqlaşdı. Şəhərin ən səs-küylü yerində təmiz və kiçik kitab dükanı idi. Tozlu rəflər yox idi. Həm də sahibi burada ikinci əl ucuz kitablar da satırdı deyə daim müştərisi olurdu.

İçəridə zil qaranlıq və sakitlik var idi.

“Uşaqlar,oyanın, getdi.”

Bu vaxt qapının yanındakı rəfdə ciddi müzakirələr gedirdi. Saramaqonun “Korluq” əsəri ilə Kamyunun “Yad”ı arasında çəkişmə gedirdi.

Tolstoyun “Hərb və Sülh” əsəri əsəbi halda dilləndi; “Bunların mübahisələrindən bezmişik, yenə nəyi bölə bilmir axı bu iki absurd”? Sartrın “Ürəkbulanması” gileyli formada dedi ki, daha Kamyunun əsərini müdafiə edəsi deyil, çünki o mübahisəni onsuz da sevir və onu sakitləşdirməyə çalışmaq əbəsdir.

“Bilirsən, həyat təkcə insanların məsuliyyətində deyil. Sənin anlamadığn odur ki, yadlaşma cəmiyyət üçün ölümə bərabərdir. Qalaq-qalaq ölülər var ki, küçələrdə gəzirlər.

İnsan yadlaşdıqca həm də yadlaşdırır, doğmalıq itir, hisslər zədələnir, duyğusuzluq həyat normasına çevrilir. Nə qədər axı savaşmaq olar? Nəyi bölə bilmirlər?

Karl Saqanın “Kosmos”u və Ayzek Azimovun əsərləri o qədər gözəl izah edir ki, həyat boşlıqdur. Sonsuz kainatda biz bu qədər kiçik şeylər düşünən toplumları dəyişə bilmirik. Azlıq tarixi dəyişir, düzdür. Amma indi “azlıq çoxluğa tabedir” ziddiyət və paradoks yox, reallıqdır, özü də ən kəskin və idbar reallıq. Yadlaşmaqdan əl çəkməliyik, insanları düşündürməliyik. Mənim anlatmaq istədiyim “korluq” da əslində elə budur da.

Amma bir pozitivə inam aşılayıb Saramaqo mənim vasitəmlə. Cəmiyyət mütləq işığa çıxacaq, qlobal korluq müalicə ediləcək. Kamyunun həayat dramlarını həqiqət kimi insanlara aşılamağa çalışmaq sarsaqlıq deyil nədir bəs? Təsəvvür edin ki, bəşəriyyət necə böyük axmaqlıq girdabında çabalayır bəzən. Əlimizdən heç nə gəlmir.

Məsuliyyətsiz insanlarla çevrələnmişik hər tərəfdə. Kitabların missiyası həm də maarifçilikdir. Amma nə qədər buna nail ola bilirik? Yaxud nələrsə bacarırıqmı? Bizi yazanlar bizim bir missiyamız olduğuna inanıb”.

Kamuyunun “Yad” əsəri istehza ilə dilləndi: “Eh, dünya sənin və bizim düşündüyümüzdən qəddardır. Yadlaşma absurd reallıqdır. Qurtuluş yadlaşmaqdır!”

…………………………………

Telefonun səsinə kitab sahibi oyandı. Xəttə qızı idi gözləyən: “Ata, gəlirsən?”

Deyəsən yatıb qalmışdı.

Birdən-birə yazdıqlarını düşündü: “Kitabların danışdığı bir absurd əsər nə gözəl olacaq. Əsərlər həm də yuxular deyilmi? Ya da yuxuların inikası elə əsərlərdir hardasa”.

Yeni əsərində Saramaqo ilə Kamyunun əsərinin “toqquşması” bir giriş olacaqdı.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Donor qanına ehtiyaclar tam ödənilir

Aynur Camal

25 iyun “Dəniz Günü”

Bugün TV

Muzeydə 4 yaşlı uşaqdan görünməz qəza! 3500 illik küpə parçalanıb heçliyə çevrildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu