Baş xəbərDünya

Kitab ilk gündə 35 min nüsxə satıldı

Almaniyanın keçmiş kansleri Angela Merkelin çoxdan gözlənilən “Azadlıq. Xatirələr 1954-2021” adlı kitabı satışa çıxarılıb. Lakin kitab satışa çıxdığı ilk gündə gözlənilən satış uğurunu əldə edə bilmədi.

Der Spiegel jurnalı bazar araşdırması şirkəti Media Control-ün məlumatlarına əsaslanaraq kitabın ilk gündə 35 min nüsxə satıldığını və bu satışlardan 1,47 milyon avro gəlir əldə etdiyini yazıb. 736 səhifəlik kitab 42 avroya yüksək qiymətə satışa çıxarılıb. Merkelin xatirələri dünya liderləri ilə müqayisədə orta səviyyədən yüksək performans göstərib. ABŞ-ın 44-cü prezidenti Barak Obamanın 2020-ci ildə nəşr olunan ‘A Promised Land’ kitabı Almaniyada ilk gündə cəmi 15 min 594 nüsxə satılıb.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Qüdsdəki etirazlarda 80 mindən çox insan iştirak edir — TV

Aynur Camal

“7.Eğitimde Yeni Trendler İzmir Forumu – 2023” başa çatdı

İntizar Əmirova

“Milyonlarla dəniz canlısı plastik tulantılar səbəbindən tələf olur”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu