29 C
Baku
28 İyun 2025, 19:00
Baş xəbərDünya

KİV: ABŞ Çinin amerikalılar haqqında məlumat toplamaq üçün süni intellektdən istifadə etməsindən qorxur

Amerika Birləşmiş Ştatları Çinin əvvəllər heç vaxt görülməmiş miqyasda Amerika vətəndaşlarından müxtəlif növ məlumat toplamaq üçün süni intellektdən istifadə etməsindən qorxur.

Bugun.tv xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, Federal Tədqiqat Bürosu (FTB) və digər qurumlar Çinin süni intellektdən amerikalılar haqqında məlumat toplamaq və saxlamaq üçün indiyə qədər heç vaxt mümkün olmayan miqyasda istifadə edə biləcəyinə inanır.

Nəşrin məlumatına görə, məsələ son bir il ərzində o qədər kəskinləşib ki, FTB direktoru və Qərb kəşfiyyat orqanlarının rəhbərləri oktyabr ayında texnologiya liderləri ilə görüş keçiriblər.

ABŞ hakimiyyətinin ehtimallarına görə, Çin toplanmış şəxsi məlumatlardan həm də Amerika casuslarını müəyyən etmək, həmçinin administrasiya rəsmilərini izləmək üçün istifadə edə bilər.

Teymur Əziz

Oxşar xəbərlər

Silahlı döyüş: 1 nəfər ağır yaralandı

Teymur Əziz

Qatı duman Tbilisi aeroportunda ciddi problemlər yaratdı

İntizar Əmirova

Türkiyə hava limanları 1-ci günə kimi fasiləsiz işləyəcək

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu