Baş xəbərDünya

Kiyevə raket düşdü

Bugun.tv xəbər verir ki, bu gün Ukraynanın paytaxtı Kiyevin atəşə tutulması nəticəsində şəhərin bir sıra rayonlarına raket qalıqları düşüb.

Bu barədə paytaxtın meri Vitali Kliçko teleqramda bildirib.

Onun sözlərinə görə, raketin qalıqları Şevçenko rayonundakı zooparkın ərazisinə düşüb.

“Hava hücumu davam edir, sığınacaqlarda qalın!”, – o yazıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko paytaxtın Obolonski və Darnitski rayonlarında qalıqların düşməsi barədə məlumat verib.

“Ölənlər və dağıntılar barədə məlumat yoxdur. Məlumatlar dəqiqləşdirilir. Hava hücumu xəbərdarlığı bitənə qədər sığınacaqlarda olun!”, – Popko bildirib.

Aynur Camal

Oxşar xəbərlər

Melaniya Tramp İrandakı məktəb hücumundan sonra BMT-də uşaqlarla bağlı çıxış edib

Aynur Camal

İran raketi İsrailin mərkəzinə düşdü – yaralılar var

Aynur Camal

Tramp: İranda yeni liderlərin bəziləri bacarıqlıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu