Tramp-Putin görüşündən dərhal sonra Rusiya 539 PUA və 11 raketlə Ukraynanın paytaxtı Kiyevə intensiv hücuma keçib. Hücum nəticəsində ən azı 23 nəfər yaralanıb, Kiyevdə binalar yanıb, dəmir yolu infrastrukturuna ziyan dəyib. Şəhər boyu bina və avtomobillərin alovlandığını bildirib.
Rusiya ordusunun müxtəlif tipli 11 ballistik və qanadlı raket və 539 İHA ilə hücuma keçdiyi bildirilən açıqlamada, “hücumun əsas istiqamətinin Ukraynanın paytaxtı Kiyev olduğu” ifadə edilib.
Açıqlamada hava qüvvələrinin işi nəticəsində 2 raketin məhv edildiyi bildirilib və 476 PUA-nın məhv edildiyi və ya yönləndirilərək təsirsiz hala salındığı qeyd edilib. Timur adlı Kiyev sakini AFP-yə Rusiyanın hücumunun miqyasını çatdıraraq, “Daha əvvəl heç vaxt belə bir hücum olmamışdı. Heç vaxt bu qədər partlayış olmamışdı” deyib.
AFP xəbər verir ki, Kiyevdə onlarla insan metro stansiyasına sığınıb.
Kiyev meri Vitali Kliçko öz Telegram hesabında Rusiya ordusunun paytaxta hücumu nəticəsində 23 nəfərin yaralandığını açıqlayıb.
Kliçko yaralılardan 14-nün xəstəxanaya aparıldığını, 5 təcili yardım maşınına ziyan dəydiyini bildirib. Ukraynanın xarici işlər naziri Andriy Sybiha da X hesabında etdiyi paylaşımda Kiyevə edilən hava hücumuna reaksiya verib.
Sybiha, paytaxta intensiv hücumun həyata keçirildiyini ifadə edərək, “Kiyevdə tamamilə qorxunc və yuxusuz bir gecə idi. İndiyə qədərki ən pis gecələrdən biri” deyib. Sybiha Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında dünənki telefon danışığını xatırladaraq, “Putin bunu prezident Trampla danışandan dərhal sonra qəsdən edir. Artıq gözləməyə dəyməz. Putin ABŞ və müharibənin dayandırılması çağırışı edən hər kəsə qarşı tamamilə laqeyd olduğunu açıq şəkildə göstərir” deyib.
Sybiha Rusiyaya qarşı sanksiyaları artırmağa və Ukraynaya silah dəstəyini davam etdirməyə çağırıb və əlavə edib: “Yanlış qərarların qəbul edilməsi təcavüzkarı terrorizmi gücləndirməyə təşviq edə bilər. Hazırda dünyada hər bir cinayətkar rejim Putinin hərəkətlərini və onlara qarşı reaksiyaları diqqətlə izləyir. Sülh gözləməyi dayandırın. Sülhə nail olmaq üçün hərəkətə keçin. Güc vasitəsilə sülh”.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun ölkəsinə qarşı həyata keçirdiyi hava hücumlarına reaksiya verib və “Rusiya bir daha göstərir ki, müharibə və terrora son qoymayacaq” deyib. Rusların hücumlarda cəmi 550 İHA və raket istifadə etdiyini xatırladan Zelenski, “Rusiyanın bu hücumunun əsas hədəfi paytaxt oldu” qiymətləndirməsini paylaşıb.
Rusların “qeyri-qanuni” bir hücum həyata keçirdiyini qeyd edən Zelenski, “Bu, ən sıx hava hücumlarından biri idi” dedi.
Ölkənin müxtəlif bölgələrində hücumların həyata keçirildiyini qeyd edən Zelenski, hücumlar nəticəsində 23 nəfərin yaralandığını bildirib. Hücum edilən bölgələrdə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Zelenski, “Rusiya bir daha göstərir ki, müharibə və terrora son qoymayacaq”.
Mənbə: HurriYet