Siyasət

Kiyev yenidən hədəfdə

Ukraynanın paytaxtı 40 gün sonra yenidən Rusiya raketlərinin hədəfi olub. Kreml Ukraynaya verilən T-72 tanklarının hədəf alındığını açıqlayıb.

Bugün.tv CNN Türk-ə istinadən xəbər verir ki, Rusiya lideri Putin bəyanatında bildirib ki, Qərb Kiyev administrasiyasına uzaqmənzilli silahlar göndərməkdə davam edərsə, indiyə qədər vurmadıqları hədəfləri məhv etməyi düşünürlər.
Sayının 6 olduğu təxmin edilən “Kalibar” qanadlı raketləri buradakı dəmir yolu stansiyasına düşüb. Kiyev meri Vitali Kliçko səhər saatlarında raket hücumu nəticəsində itkilərin olmadığını açıqlayıb.

Şərh yazın