17 C
Baku
30 Mart 2026, 17:05
Baş xəbərDünya

Kiyevə hücum davam edir: hava zərbəsi nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb

Bugun.tv xəbər verir ki, Rusiya ordusunun gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə hava hücumu nəticəsində 2-si uşaq olmaqla 3 nəfərin öldüyü, 10 nəfərin yaralandığı açıqlanıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko sosial şəbəkə vasitəsilə verdiyi açıqlamada 1 İyun Ümumdünya Uşaqlar Günündə rusların gecə Kiyevə hücum etdiyini və uşaqları öldürdüyünü bildirib.

Rusiyanın hücumda qanadlı və ballistik raketlərdən istifadə etdiyini bildirən Popko, “Təsbit edilən bütün hava hədəfləri müdafiə güclərimiz və vasitələrimiz tərəfindən məhv edildi” deyə bildirib.

Raket parçalarının insan tələfatına və dağıntılara səbəb olduğunu bildirən Popko, “Qırıntılar paytaxtın Desna məhəlləsində bir poliklinika və onun yanındakı çoxmərtəbəli binanın üzərinə düşdü. Nəticədə 3 nəfər az qala həyatını itirdi. 10 nəfər yaralanıb.Ən dəhşətlisi odur ki, ölənlər arasında 2 uşaq da var”- vurğulayıb.

Popko bildirib ki, raket parçasının düşməsi nəticəsində Dnepr rayonunda evə ziyan dəyib, park edilmiş avtomobillər yandırılıb.

Mənbə: Lenta.Ru

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu