28 C
Baku
8 Sentyabr 2025, 13:40
Baş xəbərDünya

Kiyevə raket düşdü

Bugun.tv xəbər verir ki, bu gün Ukraynanın paytaxtı Kiyevin atəşə tutulması nəticəsində şəhərin bir sıra rayonlarına raket qalıqları düşüb.

Bu barədə paytaxtın meri Vitali Kliçko teleqramda bildirib.

Onun sözlərinə görə, raketin qalıqları Şevçenko rayonundakı zooparkın ərazisinə düşüb.

“Hava hücumu davam edir, sığınacaqlarda qalın!”, – o yazıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko paytaxtın Obolonski və Darnitski rayonlarında qalıqların düşməsi barədə məlumat verib.

“Ölənlər və dağıntılar barədə məlumat yoxdur. Məlumatlar dəqiqləşdirilir. Hava hücumu xəbərdarlığı bitənə qədər sığınacaqlarda olun!”, – Popko bildirib.

Aynur Camal

Oxşar xəbərlər

İstanbulun yenidən qurulması layihəsinə start verildi

Teymur Əziz

İrandan qaçaqmalçılıq yolu ilə göndərilən 46 kiloqram narkotik vasitə aşkarlandı

Kəmalə Sultan

ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu