Kiyev, Rusiya hava zərbələri, Ukrayna, dron hücumu, Cənub körpüsü, Dnepr çayı, Rusiya-Ukrayna müharibəsi, hava hücumu
Dünya

Kiyevə Rusiya hava zərbələri: 1 nəfər öldü

Bugun.tv xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevə Rusiyanın həyata keçirdiyi hava zərbələri nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Reuters-in məlumatına görə, oktyabrın 1-də həyata keçirilən hücumlar zamanı Rusiya dronları Kiyevdəki məktəbə və Dnepr çayı üzərində yerləşən Cənub körpüsünə zərbə endirib. Hücumlar nəticəsində şəhərdə yanğınlar baş verib və müxtəlif obyektlərə ziyan dəyib.

Şəhər rəhbərliyinin bildirdiyinə görə, zərbələrdən sonra Cənub və Paton körpüləri nəqliyyatın hərəkəti üçün bağlanıb. Metro körpüsündə isə hərəkət qismən məhdudlaşdırılıb.

Reuters həmçinin qeyd edir ki, məktəbə dron zərbəsi zamanı şagirdlər və məktəb əməkdaşları sığınacaqlarda olublar və həmin hücum nəticəsində məktəbdəki uşaqlar arasında xəsarət alan olmayıb.

Rusiya Müdafiə Nazirliyi isə Kiyev yaxınlığındakı körpü də daxil olmaqla bəzi obyektlərin hərbi məqsədlər üçün istifadə edildiyini iddia edib.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Eritreya Efiopiya ilə diplomatik əlaqələri kəsdi

Aynur Camal

Məktəb şagirdlərinin etirazları genişlənir

Aynur Camal

ABŞ Yaxın Şərqə 2 min dəniz piyadası göndərir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu