Bugun.tv xəbər verir ki, Türkiyənin Star kanalından yayımlanan “Kızılcıq şərbəti” serialının “Abdullah” obrazının ifaçısı Settar Tanrıögen beyin qanaması keçirib.
Vəziyyəti ağır olduğundan 61 yaşlı aktyor əməliyyat masasına qaldırılıb. O, hazırda reanimasiyadadır.
Evə buraxılması gözlənilsə də, həkimlər buna icazə verməyib. Settar Tanrıögenin hələ bir müddətdə xəstəxanda qalacağı bildirilib.
Ziyarət qadağası olan aktyorun növbəti 2 bölüm üçün “Kızılcık Şərbətində” rol oynamayacağı təsdiqlənib. Serialın sonrakı çəkilişləri üçün isə həkimlərdən alınan məlumata əsasən tədbir görüləcək.
Mənbə ensonhaber