Bugun.tv xəbər verir ki, hakerlər insanların parollarını daxil edərkən klaviaturalarını dinləməklə 90 faizdən çox dəqiqliklə proqnozlar verə bilən süni intellekt hazırlayıblar.
Süni intellekt, biznes proseslərin avtomatlaşdırılması, məlumatların təhlili və proqnozlaşdırma imkanları kimi bir çox sahədə böyük potensiala malik olmaqla yanaşı, hakerlər üçün də yeni imkanlar açır.
Hakerlər süni intellektdən istifadə edərək hücumlarını daha mürəkkəb edir və daha çox zərər vurma potensialına malikdirlər.
Kiberhücumların ənənəvi üsulları çox vaxt müəyyən bir nümunəyə əsaslanırdı və onları müdafiə mexanizmləri ilə aşkar etmək olardı. İndi hakerlər insanların parollarını daxil edərkən klaviaturalarını dinləməklə 90 faizdən çox dəqiqliklə proqnozlar verə bilən süni intellekt hazırlayıblar.
Alimlər xəbərdarlıq edir ki, süni intellekt, mikrofon və videozəng üçlüyünün istifadə edildiyi bu yeni texnika klaviaturalar üçün hər zamankından daha böyük təhlükə yaradır
İngiltərədəki Durham Universitetinin əməkdaşı Joshua Harrison da daxil olmaqla tədqiqatçılar Apple MacBook Pro-da düymələrin vuruşlarını dinləyən smartfona inteqrasiya edilmiş mikrofondan istifadə edərək, tam düymələri 95 faiz dəqiqliklə təkrar istifadə ediblər.