5 C
Baku
27 Fevral 2026, 15:49
Dünya

Klavişin üzərinə ağırlıq qoyaraq “işləyirmiş kimi” görünən polis xidmətdən qovuldu

Avon and Somerset Police tərkibində çalışan bir polis əməkdaşı evdən işlədiyi vaxt kompüterinin “yuxu rejiminə” keçməsinin qarşısını almaq üçün klavişlərin üzərinə foto çərçivəsi qoyaraq işləyirmiş kimi görüntü yaratdığı üçün xidmətdən xaric edilib.

Kimliyi “Sergeant X” (Çavuş X) kimi gizli saxlanılan əməkdaşın işi Portishead şəhəri yaxınlığında keçirilən intizam iclasında araşdırılıb və onun polis sıralarından uzaqlaşdırılması qərara alınıb. Qərara əsasən, o, ömürlük olaraq polis və digər hüquq-mühafizə orqanlarında çalışmaq hüququndan məhrum edilib.

Klaviş vuruşları şübhə doğurdu

Daxili nəzarət çərçivəsində aparılan məlumat təhlili zamanı məlum olub ki, əməkdaşın kompüterində 2024-cü ildə qeydə alınan klaviş vuruşlarının sayı qeyri-adi dərəcədə yüksək olub.

2024-cü ilin iyununda başlanan araşdırma nəticəsində müəyyən edilib ki, 2025-ci ilin aprel və may aylarında onun klaviş vuruşları eyni vəzifədə çalışan həmkarları ilə müqayisədə 3–8 dəfə çox olub.

Polis ifadəsində ittihamları qəbul edərək şəxsi həyatında çətin dövrdən keçdiyini, kompüterin avtomatik sönməsinin qarşısını almaq və zəngləri ayrıca ekrandan izləmək üçün klavişin küncünə foto çərçivəsi yerləşdirdiyini bildirib.

“Etimad sui-istifadə edilib”

İntizam heyətinin rəhbəri, keçmiş polis rəis müavini Craig Holden bu davranışı “ağır pozuntu” kimi qiymətləndirib. Peşəkar Standartlar Departamentinin rəhbəri Larisa Hunt isə açıqlamasında qeyd edib ki, əməkdaşın işləyirmiş kimi görünmək üçün ona göstərilən etimaddan sui-istifadə etməsi qəbuledilməzdir və bu cür hallar ictimai etimadı sarsıdır.

Sergeant X rəhbərliyin onu işdən çıxarmaq üçün təzyiq göstərdiyini və bu qorxu ilə hərəkət etdiyini iddia etsə də, intizam heyəti bu iddianı təsdiqləyən sübut tapılmadığını açıqlayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

BMT-nin vasitəçiliyi ilə Zaporojye AES ətrafında müvəqqəti atəşkəs razılaşdırılıb

Aynur Camal

Əfqanıstan Pakistana yeni hava zərbələri endirib

Aynur Camal

Kim Çen In və qızının “uyğun” geyimi varislik müzakirələrini alovlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu