12 C
Baku
6 Aprel 2026, 20:05
Baş xəbərHadisəKriminal

Klinikaların birində oğurluq hadisəsi baş verdi 

Bugun.tv xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən klinikaların birində oğurluq hadisəsi olub. Hadisə zamanı orada işləyən tibb bacısının pulu və qol saatının qeyri-aşkar şəraitdə oğurlandığı bildirib. Hadisə ilə bağlı polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. O, Bakı şəhər sakini Mustafa Səfərov olduğu söylənilir. Onun əvvəllər də narkotiklərlə bağlı cinayətə görə məhkum olduğu müəyyən olunub. Araşdırmalarla onun borclu qismində axtarışda olması da qeydə alınıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu