10 C
Baku
16 Fevral 2026, 23:43
Siyasət

Klintondan Fransa prezidentinə etiraz

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Fransa Prezidenti Emmanuel Makronun Rusiya ilə bağlı mövqeyini tənqid edib.

Bugün.tv bu barədə “Lenta.ru”a istinadən məlumat verir.

“Deyəndə ki, Rusiyanı alçaltmağa ehtiyac yoxdur, düzü, mənə elə gəlir ki, bu, artıq keçilmiş mərhələdir. Putin qırmızı xətti çoxdan keçib”, – deyə Klinton “France Culture” radiosunun canlı efirində çıxışı zamanı Makronun fikrinə etiraz edib.

Xanım Klinton hesab edir ki, Rusiya prezidenti özünü İsveç, Baltikyanı ölkələr, Skandinaviya və Şimal ölkələrinə qarşı 20 il ərzində sonsuz müharibə aparmış Birinci Pyotr kimi aparır.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

“Azərbaycan-Ermənistan ticarət əlaqələri rəsmi statistikada əksini tapıb”

Aynur Camal

Rəsmi olaraq Azərbaycan və Serbiya strateji tərəfdaşlıq şurası yaradıldı

Aynur Camal

OpenAI-dən Google-a qədər Hindistan qlobal AI sammitinə ev sahibliyi edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu