18 C
Baku
27 Oktyabr 2025, 13:36
Dünya

Köhnə məscid dağıdıldı

Fransanın Mozel əyalətinin L’Hopital şəhərində köhnə məscid dağıdılıb. Fransanın Le Republicain Lorrain qəzetinin məlumatına görə, Saint-Avold şəhəri yaxınlığındakı L’Hopital qəsəbəsində köhnə müsəlman ibadətgahı vandalizmə məruz qalıb. Məscidin divarlarına svastika və təhqiramiz ifadələr çəkilib.

Məsciddəki xalçalar cırılıb, mebel aşılıb, yerə atılan Quranlar zədələnib.

Hadisə yerindən tapılan avtomobil təkərləri, qaz butulkaları və benzin balonları hadisəni törədənlərin həmin məkanı yandırmaq istəyib ola biləcəyini göstərir.

Aralıq dənizi Xalqlarının Dostları Dərnəyinə məxsus məscidin nə vaxt talan edildiyi hələlik məlum deyil.

Dərnək prezidenti Ouzagou Sdik, “3 həftədir ki, oraya ayaq basmamışdıq. Bazar günü orada görüşməyi və ediləcək abadlıq işlərini qiymətləndirməyi planlaşdırmışdıq. Ən pislə də o zaman qarşılaşdıq” deyib.

Hücumla bağlı cinayət işi açılıb.

Sözügedən bina təhlükəsizlik standartlarına uyğun gəlmədiyi üçün 2021-ci ildən bəri ibadət yeri kimi istifadə edilmir.

Saint-Avold Bələdiyyə Şurasının üzvü Tristan Atmania müsəlman icmasına dəstəyini göstərmək üçün hadisə yerinə gedib.

Atmania, bu iyrənc və hörmətsiz irqçi hərəkətin Fransa Respublikasının dəyərlərinə zidd olduğunu vurğulayıb və günahkarların ən qısa zamanda ədalət qarşısında cavab verməsini istəyib.

L’Hopital Bələdiyyə Başçısı Emmanuel Schuler, “qəbuledilməz” olaraq xarakterizə etdiyi bu hərəkəti pisləyib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

“Chevron” Argentina neft yatağının işlənməsi üçün 500 milyon dollara qədər sərmayə qoyacaq

Nigar Məmmədova

İsraildən dəhşətli Fələstin bəyanatı: Şimalı tamamilə işğal etməliyik

Aynur Camal

ABŞ-da kəşfiyyat qalmaqalında yeni inkişaf!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu