Maraqlı faktlar

Köhnə xəritədəki üç söz 346 illik gəmi xəzinəsinin izinə aparıb

Bugun.tv xəbər verir ki, Böyük Britaniya sahillərində 1680-ci ildə batan “Phoenix” gəmisinin qalıqları uzun illər davam edən araşdırmalardan sonra müəyyən edilib. Kəşfin ən maraqlı tərəfi isə dalğıc və tədqiqatçı Todd Stivensin köhnə xəritədəki cəmi üç sözün izinə düşməsi olub.

Ensonhaber-in məlumatına görə, Stivens Qrinviçdəki Milli Dənizçilik Muzeyinin arxivində araşdırma apararkən xəritədə “Cap Wildy lost” qeydini görüb. Bu ifadənin gəmi kapitanı Uilyam Uildinin itkin düşdüyü əraziyə işarə etdiyini düşünən tədqiqatçı axtarışlarını Silli adaları yaxınlığındakı Western Rocks bölgəsində cəmləşdirib.

1670-ci ildə inşa edilmiş, 46 topu olan “Phoenix” gəmisi 1680-ci il yanvarın 11-də əlverişsiz hava şəraiti səbəbindən qayalıqlara çırpılaraq batıb.

Stivens 2017-ci ildə bölgədə dalışlara başlayıb. Sonrakı araşdırmalar zamanı gəminin qalıqları ilə yanaşı, qızıl və gümüş sikkələr, zinət əşyaları, qılınc parçaları, naviqasiya alətləri və şəxsi əşyalar aşkar edilib.

Tapılan tarixi əşyalar Silli adalarının muzeyinə bağışlanıb. Onların gələcəkdə dənizçilik tarixinə həsr olunmuş sərgidə nümayiş etdirilməsi planlaşdırılır.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Romanovlar sülaləsinin nadir sapfiri 411 milyon rubla satıldı

Aynur Camal

Amarant sağlam qida məhsullarının hazırlanmasında geniş istifadə oluna bilər

Aynur Camal

Alimlər sənaye sularını beş dəqiqəyə təmizləyə bilən mikrokapsullar hazırlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu