32 C
Baku
19 İyul 2025, 15:04
Dünya

Kolumbiya diplomatik heyətini Fələstindən çıxarır

Kolumbiyanın Xarici İşlər Nazirliyi diplomatik heyətini işğal olunmuş Fələstin torpaqlarından çıxardığını açıqlayıb.

Kolumbiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, “Kolumbiyalı diplomatik heyət ölkəmizə qayıdacaq. İsrail və Fələstindəki vətəndaşlarımız Tel-Əvivdəki səfirliyin konsulluq bölməsindən lazımi yardım və xidmətləri almağa davam edəcək”.

Mayın 1-də Kolumbiya prezidenti Qustavo Petro sionist rejimlə diplomatik əlaqələri kəsəcəyinə söz verib.

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, prezidentin elan etdiyi tədbirin miqyası barədə işğalçı rejim tərəfi rəsmi kanallar vasitəsilə məlumatlandırılacaq.

Kolumbiyanın Xarici İşlər Nazirliyi də xatırladıb ki, ölkə dəfələrlə atəşkəs, məhbusların azad edilməsi və Qəzza zolağının əhalisinə humanitar yardımın göstərilməsində təkid edib.

Nazirlik açıqlamasında “Təəssüf ki, nə Kolumbiyanın, nə də beynəlxalq ictimaiyyətin çağırışları nəzərə alınmayıb, əksinə, ölkəyə və prezident Qustavo Petroya gələnlərin hamısı təhqir, antisemitizm və təhrif edilmiş ittihamlar olub.”

Mənbə: İLKHA

Oxşar xəbərlər

“Tbilisi regionda Bakı ilə əməkdaşlığa xüsusi önəm verir”

Aynur Camal

“Ukraynadakı münaqişə Kiyevə silah tədarükü və anti-Rusiya sanksiyaları ilə həll edilə bilməz”

Nigar Məmmədova

Prezident Ərdoğan Putinlə görüşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu