29 C
Baku
28 İyun 2025, 19:11
Baş xəbərDünya

Kolumbiya Prezidenti Petro: Hər şey fələstinli uşaqların bombalanması ilə başladı

Kolumbiya prezidenti Qustavo Petro Qəzzada davam edən hücumlara reaksiya verərək deyib: Qəzzə xalqına qarşı soyqırım dünyanı müharibənin astanasına gətirib. Petro Netanyahunu həll yolu üçün partlayışları dayandırmağa çağırıb.

Kolumbiya prezidenti Qustavo Petro X sosial media platformasında Almaniyanın paytaxtı Berlində keçirilən Fələstinə dəstək aksiyasının görüntülərini paylaşıb.

“Hər şeyin fələstinli uşaqların bombalanması ilə başladığını” ifadə edən Petro Qəzza xalqına qarşı törədilən soyqırıma diqqət çəkib. Açıqlamasında dünya müharibəsinə doğru gedən böhrandan bəhs edən Petro bunları deyib:

“Qəzzə xalqının soyqırımı… İndi biz dünya müharibəsinin astanasındayıq. Həll yolu üçün başlanğıc nöqtəsi nədir? Netanyahu Fələstini bombalamağı dayandırmalıdır! Atəşkəs elan etməli və bütün bəşəriyyəti təhlükəyə atmağı dayandırmalıdır!”.

Petro daha əvvəl Fələstin xalqına açıq dəstəyi ilə gündəmə gəlmişdi.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Bugün Aygün Bəylər defn edildi

İntizar Əmirova

Püskürmə baş verəcəyi təqdirdə Mayon vulkanı ətrafında təxliyələrə başlanılır

Bugün TV

3 min 612 ton pambıq ipliyi ixrac olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu