19 C
Baku
8 Sentyabr 2024, 3:39
Baş xəbər

Kolumbiyada 5,1 bal gücündə zəlzələ baş verdi

Bugun.tv xəbər verir ki, Kolumbiyanın qərbində 5,1 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra can və ya mal itkisi ilə bağlı açıqlama verilməyib.

Kolumbiyanın Geoloji Xidməti (SGC) 5,1 bal gücündə, episentri ölkənin Choco inzibati bölgəsindəki El Kanton del San Pablo olan zəlzələnin yerli vaxtla saat 09.25-də və yerin 30 kilometr dərinliyində baş verdiyini açıqlayıb.

Zəlzələ Medellin, Manizales və Çokonun paytaxtı Kibdo şəhərlərində də hiss olunub.

SGC ilk açıqlamasında yerli vaxtla saat 02.01-də yerin 154 kilometr dərinliyində 5,5 bal gücündə zəlzələnin episentrinin Santander inzibati bölgəsindəki Los Santos şəhərində olduğunu açıqlayıb.

Ölkədə 6,3 bal gücündə sonuncu zəlzələ avqustun 17-də baş verib və bu zaman panikaya düşən şəxs binanın 7-ci mərtəbəsindən özünü ataraq ölüb.

Teymur Əziz

Oxşar xəbərlər

Narkotik əməliyyatı: 6 nəzarətə alındı

Bugün TV

Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar açılıb

Aynur Camal

Fransada etiraz aksiyalarının 6-cı günündə 157 nəfər saxlanılıb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu