Dünya

Kolumbiyada korrida qadağan edildi

Kolumbiya prezidenti Qustavo Petro öküz döyüşünü qadağan edən mübahisəli qanun layihəsini imzalayıb.

Petro qanun layihəsini yüzlərlə heyvan hüquqları müdafiəçisinin iştirakı ilə paytaxt Boqotadakı La Santamaria öküz meydançasında imzalayıb.

Qustavo Petro burada verdiyi açıqlamada, “Biz dünyaya canlı və canlıları əyləncə üçün öldürməyin mədəniyyət olduğunu deyə bilmərik” deyib.

Ölkədə müzakirələrə səbəb olan öküz döyüşünü qadağan edən qanun layihəsi mayın 29-da Konqresdə səs çoxluğu ilə qəbul edilib.

Keçmiş nüfuzuna baxmayaraq, son illərdə az sayda iştirakçı ilə keçirilən öküz döyüşlərində heyvanların hüquqlarının qorunması qayğısı ilə imzalanan qanun, sektor və digər peşələrdə çalışanlar üçün də 3 illik keçid dövrünü əhatə edir.

Prezident Petronun imzaladığı qanun layihəsi 2027-ci ildə qüvvəyə minəcək.

Korridaya son qoymaq həm də ölkənin bəzi yerlərində bu tamaşa ətrafında çoxdan formalaşmış ənənələrə son qoymaq deməkdir.

Hökumətdən gəliri birbaşa və ya dolayısı ilə korridadan asılı olan insanları işlə təmin etmək xahiş olunur.

Ekvador, Fransa, Meksika, Peru, Portuqaliya, İspaniya və Venesuelada korrida davam etdiyi halda, Braziliya, Çili, Argentina, Uruqvay və Qvatemalada qadağan edilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Almaniyada Yeni il tətillərlə başladı

İntizar Əmirova

“Ucuz nüsxə” qiymətsiz orijinal | O, bunu təsadüfən kəşf edib: “Bunun nə olduğunu ikimiz də yaxşı bilirik!”

Aynur Camal

Qəhvəni necə dəmlədiyiniz ürək sağlamlığına təsir edir: Ekspertlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu