6 C
Baku
23 Fevral 2026, 12:07
Baş xəbər

Kolyux: “Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayırıq”

Azərbaycanın İrandakı səfirliyinə hücum regionda siyasi sabitliyin pozulması ssenarisini həyata keçirmək cəhdinin bariz nümunəsidir. Ukrayna bu cür hərəkətləri pisləyir. Sivil dünyada belə təcrübələrə yer yoxdur. Onların kökü ümumbəşəri dəyərlər, dünya miqyasında ölkələr arasında qarşılıqlı anlaşma və etimad naminə qətiyyətlə aradan qaldırılmalıdır.

Bu fikirləri Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan Parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux söyləyib.

Deputatın sözlərinə görə, bu, nəinki beynəlxalq hüququn normalarına təhlükə yaradan, həm də prinsipcə əvvəllər “diplomatik əlaqələr” adlandırdığımız münasibətlərin əsasında duran kövrək etimadı məhv edən son dərəcə mənfi tendensiyadır.

“Təəssüf ki, müxtəlif ölkələrin səfirliklərinə hücumlar getdikcə adi hala, siyasi və hətta geosiyasi qarşıdurma alətinə çevrilir. Ən pisi odur ki, bütün bu oyunların arxasında insan həyatı dayanır. Bu gün Azərbaycan bölgədə yeni müharibə və daha çox qan tökmək arzusunda olanlara görə öz vətəndaşını itirsi. Bu dəhşətdir”, – deyə Valeriy Kolyux vurğulayıb.

Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verən, yaralananların tezliklə sağalmasını arzulayan deputat bildirib: “Ümid edirəm ki, qərəzsiz araşdırma aparılacaq, nəticədə nəinki bu mənfur hücumun günahkarları və təşkilatçıları, eyni zamanda, onları buna təhrik edənlər cəzalandırılacaq”.

Mənbə: Azərtac

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan Qətər və Səudiyyə Ərəbistanı ilə kənd təsərrüfatı ixracını genişləndirməyi planlaşdırır

Aynur Camal

Beynəlxalq Ana Dili Günü: Dilimizi qoruyaq, kimliyimizi yaşadaq

Aynur Camal

Azərbaycan milli markaları Dubay 2026 sərgisində təqdim olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu