22 C
Baku
27 İyul 2025, 10:00
Baş xəbərSosial

Komando bölmələri praktiki atış çalışmalarını icra etdi – VİDEO

2023-cü ilin döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) bölmələrində atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

Bu barədə Bugun.tv-yə Müdafiə Nazirliyi xəbər verib.

Bildirilib ki, atıcı silahlardan, eləcə də döyüş maşınlarının ştat silahından şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

Çalışmalarda əsas diqqət hərbi qulluqçuların silahlardan istifadə bacarıqlarının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Komandolar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.

Aynur Camal

Oxşar xəbərlər

Əmi qardaşı oğlu tərəfindən qətlə yetirildi

Kəmalə Sultan

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib

Aynur Camal

İlham Əliyev Serdar Berdiməhəmmədovla görüşüb – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu