12 C
Baku
11 Aprel 2026, 0:09
Baş xəbər

Komitə sədri Əməkdar jurnalistə təbrik məktubu göndərdi

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa tanınmış media nümayəndəsi, Əməkdar jurnalist Elnarə Dərziyevaya yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli Elnarə xanım, Sizi – zəhmətkeş qələmi, aydın düşüncəsi və ictimai məsuliyyəti ilə seçilən tanınmış media nümayəndəsini, Əməkdar jurnalist olaraq mətbuatımızın dəyərli simasını, yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Sizin jurnalistikadakı fəaliyyətiniz yalnız xəbər daşıyıcılığı ilə məhdudlaşmır, həm də cəmiyyətin düşüncə dünyasına təsir edən maarifçi, obyektiv və prinsipial söz sahibinin mövqeyini əks etdirir. İllərdir ki, Azərbaycan mediasında dürüstlüyünüz, məsuliyyətli yanaşmanız və etik dəyərlərə sadiqliyinizlə seçilir, həm peşəkar həmkarlarınız, həm də geniş oxucu auditoriyası tərəfindən hörmətlə qarşılanırsınız.

Yubileyiniz münasibətilə Sizə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzu edirik! Hər yeni yaşınız ömrünüzə işıq, sözünüzə güc, qələminizə nur gətirsin!

Uğurlarınız bol, yolunuz açıq olsun”!

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu