8 C
Baku
22 Dekabr 2025, 4:44
Baş xəbərMədəniyyət

Komitə sədri Qənirə Paşayeva təltif olunub

Bugun.tv xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Qazaxıstan Xalqı Assambleyasının “Birlik” qızıl medalı ilə təltif olunub.

Medalı Komitə sədrinə Fərabi adına Qazax Dövlət Universitetinin rektoru Prof.Dr. Canseyt Tuimebayev təqdim edib.

Bu barədə Q.Paşayeva facebook hesabındakı paylaşımında bildirib. Məlimatda qeyd olunub ki, Qazax Dövlət Universitetinin rektoru, həmçinin universitetin “Üstün xidmətlər” medalını Q.Paşayevaya təqdim edib. Komitə sədri Qazaxıstan Xalq Assambleyasına və bu ölkənin ən böyük təhsil ocağı olan – dünyanın nüfuzlu universitetlərindən sayılan Fərabi Universitetinin rəhbərliyinə və kollektivinə yüksək təltif və etimad üçün təşəkkürünü bildirib.

O, hər iki prezidentlər İlham Əliyevlə Kasım-Jomart Tokayevin qardaş ölkələrimizin birliyinin gücləndirilməsi istiqamətində gördüyü işləri hər bir vətəndaş üçün, özəlliklə aydınlar üçün örnək adlandırıb. Qardaşlıq bağlarının gücləndirilməsində aydınların üsərinə düşən mənəvi vəzifərələdən danışan Q.Paşayeva, bundan sonra da əməkdaşlığımızın gücləndirilməsi üçün səylərimizi birləşdirməyin vacib olduğunu bildirib.

Komitə sədri Q.Paşayeva Prof.Dr. Canseyt Tuimebayevə Türk dünyasının Mədəniyyət paytaxtı olan Şuşa şəhərinin gözəlliklərinin əks olunduğu dekorativ tətbiqi sənət əsəri bağışlayıb və onu Şuşaya səfərə dəvət edib.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Ölkədəki ən ölümcül ilan məni dişlədi! 16 yaşlı uşaq həyata davam gətirə bilməyib

Aynur Camal

Terror əməliyyatı oldu: 4 nəfər saxlandı

Bugün TV

77 yaşlı Ajda Pekkanın son görünüşü təəccüb doğurdu

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu