25 C
Baku
20 İyul 2025, 8:17
Baş xəbərSiyasət

Komitə sədrinin iclasda təqdim etdiyi bu qanun qəbul olundu

İyulun 14-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

Bugun.tv  xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, qanun layihəsində ərazi müdafiəsi ilə bağlı normanın təkmilləşdirilməsi məqsədilə dəyişikliyin nəzərdə tutulduğunu bildirib. Komitə sədri sənədə dair əlavə təklif və rəyin olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.

Sənəddə ərazi müdafiəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət orqanları, yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydalarının Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən edilməsinin məqsədəmüvafiq olduğu bildirilib.

Deputatlar Hikmət Məmmədov və Aydın Mirzəzadə fikirlərini səsləndirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Mənbə: Xalq. Online

Aynur Camal

Oxşar xəbərlər

İsrailin Qəzzaya hücumları nəticəsində ölən jurnalistlərin sayı 18-ə yüksəldi

Bugün TV

4,4 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Banqladeşdə denq qızdırmasından 618 nəfər ölüb

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu