Dünya

Kömürü qaza çevirməyi hədəfləyən 3,9 milyard dollarlıq layihəyə start verildi

Bugun.tv xəbər verir ki, Hindistan hökuməti enerji təhlükəsizliyini gücləndirmək məqsədilə kömürün qaza çevrilməsini nəzərdə tutan 3,92 milyard dollarlıq layihəni təsdiqləyib.

Məlumata görə, Yaxın Şərqdə davam edən münaqişələr və enerji təchizatında yaranan risklər fonunda qəbul edilən plan ölkədə kömür qazlaşdırma layihələrinin sürətləndirilməsinə xidmət edəcək.

Hindistanın Federal İnformasiya naziri Aşvini Vaişnav bildirib ki, proqramın əsas məqsədi 2030-cu ilə qədər 100 milyon ton kömürün qazlaşdırılması üzrə milli hədəfə nail olmaqdır.

Nazirin sözlərinə görə, Hindistan təxminən 401 milyard ton kömür və 48 milyard ton linyit ehtiyatına malikdir və bu göstərici ölkəni dünyanın ən böyük kömür və linyit ehtiyatına sahib dövlətlərindən birinə çevirir.

Açıqlamada qeyd olunub ki, hazırda Hindistanın ümumi enerji balansının 55 faizdən çoxu kömür hesabına formalaşır.

Aşvini Vaişnav həmçinin vurğulayıb ki, kömür qazlaşdırılması prosesi kömür və linyitin sintez qazına çevrilməsini nəzərdə tutur. Bu qaz isə sonradan elektrik enerjisi istehsalında, kimya sənayesində, gübrə və digər məhsulların hazırlanmasında istifadə edilə bilər.

Layihə çərçivəsində Hindistan hökuməti müəssisə və avadanlıq xərclərinin təxminən 20 faizi həcmində maliyyə dəstəyi təqdim edəcək.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Nikol Paşinyan: “Xəyal dünyamızdan çıxıb reallıqları görməliyik”

Aynur Camal

Putin: Strateji nüvə qüvvələrimizi inkişaf etdirməyə davam edəcəyik

Aynur Camal

Lavrov və Cayşankar Nyu-Dehlidə strateji tərəfdaşlığı müzakirə ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu