14 C
Baku
22 Noyabr 2024, 8:22
Baş xəbərSiyasət

“Konstitusiya” Araşdırmalar Fondunun bəyanatı

“Konstitusiya” Araşdırmalar Fondu Ermənistanda Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuna qarşı qeyri-insani rəftar və işgəncə verilməsi ilə əlaqədar bəyanat yayıb.

“Ötən həftənin sonunda Azərbaycan Respublikası Silhalı Qüvvələrinin iki hərbi qulluqçusu, 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Ermənistan Respublikası ilə sərhəd ərazidə əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşüblər. Ermənistan Respublikasının dövlət orqanları bu iki hərbi qulluqçunun Ermənistan Respublikasında saxlanıldığını bildiriblər. Saxlanılanlardan biri Axundov Hüseyn Əhliman oğlunun əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsi, qeyri-insani rəftara məruz qalmasına dair mediada və sosial şəbəkələrdə videogörüntülər yayılıb”.

Bugun.tv xəbər verir ki, bunu “Konstitusiya” Araşadırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev sosial media hesabında qeyd edib.

“1949-cu il 12 avqust tarixli “Hərbi əsirlərlə rəftar haqqında” Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməlidir və hərbi əsirlər hər zaman xüsusən zorakılıq əməlləri, hədələnməkdən müdafiə olunmalıdırlar. İşgəncə beynəlxalq hüquqla birmənalı şəkildə qadağandır. Bu, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya ilə açıq şəkildə qadağandır. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Bu maddə ilə nəzərdə tutulan hüquq mütləq hüquqdur və Konvensiyanın 15-ci maddəsinin 2-ci bəndinə əsasən, müharibə və millətin həyatını təhlükə altında qoyan digər fövqəladə hallarda belə dövlətlər tərəfindən məhdudlaşdırıla bilməz.
“Konstitusiya” Araşadırmalar Fondu beynəlxalq təşkilatları və insan haqları təşkilatlarını bu insanlığa zidd əməli pisləməyə, Ermənistan Respublikasının məsuliyyətini vurğulamağa və müvafiq addımlar atmağa çağırır.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK), Amnesty International, Human Rights Watch (HRW), Avropa İttifaqı, Avropa Şurası, ATƏT Azərbaycanın hərbi qulluqçusuna qarşı qeyri-insani rəftar və işgəncə verilməsi ilə əlaqədar səslərini yüksəltməyə, Ermənistan Respublikasını cavabdeh saxlamağa çağırırıq.
Bu təşkilatların diqqətini Ermənistan tərəfindən azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, habelə itkin düşən minlərlə azərbaycanlıya qarşı pis rəftar faktlarına yönəltməyə çağırırıq.
Belə ki, Birinci Qarabağ müharibəsi nəticəsində 3890 azərbaycanlı itkin düşüb və onların taleyi hələ də məlum deyil. İtkin düşənlərin 3171-i hərbçi, 719 mülki şəxsdir (o cümlədən 71 uşaq, 267 qadın, 326 yaşlı). 1480 keçmiş Azərbaycan əsirinin şahid ifadələrinə görə, 1949-cu il Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə Azərbaycan əsirləri işgəncə görüb, onlara qarşı pis rəftar edilib və onlar alçaldıcı şəraitdə saxlanılıb. Azərbaycan əsirləri və saxlanılan şəxslərə qarşı alçaldıcı rəftar və işgəncə etdiyi sübuta yetirilən 35 nəfər barəsində cinayət işi açılıb. Məsuliyyət daşıyan şəxslərin adları İnterpola təqdim edilib.
Ermənistan hökuməti bu faktlarla bağlı araşdırma aparmaqdan imtina edib. Bəyanatımız açıqdır, hər kəs qoşula bilər!” – deyə Əliməmməd Nuriyev vurğulayıb.

Bugün TV

Oxşar xəbərlər

Martın 12-də gözlənilən hava şəraiti

Aynur Camal

DEAŞ və HTŞ-yə qarşı əməliyyat oldu: 12 nəfər saxlanıldı

Bugün TV

Baydenin həyat yoldaşı Trampı qadınlar üçün təhlükə adlandırdı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu