29 C
Baku
28 İyun 2025, 19:52
Siyasət

Koreya Respublikası ilə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Milli Assambleyasının üzvü cənab Lii Hunseunqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb


Bu barədə Bugün.tv Müdafiə Nazirliyinə istinadən xəbər verir.
General-polkovnik Z.Həsənov erməni hərbi birləşmələri tərəfindən hər hansı hərbi zərurətin olmadığı halda insan tələfatı məqsədilə Kəlbəcər rayonunun Çıraq kəndində basdırdığı mina partlayışı nəticəsində bir hərbi qulluqçumuzun şəhid olması və 4-ü mülki vətəndaş olmaqla 7 nəfərin xəsarət alması ilə bağlı koreyalı nümayəndə heyətini məlumatlandırıb.

Görüşdə həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Bugün TV

Oxşar xəbərlər

Ukrayna ordusu Rusiya hərbi təyyarələrini döyüş meydanından çıxarmağa nail oldu

Aynur Camal

Millət vəkili Kəlbəcərdə baş verənlərə münasibət bildirdi

Bugün TV

“Yerləşdirilən minalar hələdə təhdid olaraq qalır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu