Cənubi Koreya Prezidenti Lee Jae Myung Çinin Pxenyanın nüvə proqramını müvəqqəti dondurmaq üçün vasitəçilik rolunu oynamağı təklif etdiyini bildirib. Və bu təşəbbüsün diplomatik kanalların bloklandığı bir vaxtda Koreya yarımadasında gərginliyi azaltmaq məqsədi daşıdığını vurğulayıb.
Lee səfərin sonunda Şanxayda jurnalistlərə verdiyi açıqlamada Pxenyanın nüvə silahlarının əlavə istehsalı və inkişafını dayandırması qarşılığında kompensasiya verilməsinin mümkün olduğunu söyləyib və “sülh vasitəçisi” rolunda Çinin yardımını istədiyini qeyd edib.
Çin Prezidenti Si Cin Pinqin isə bu çağırışa cavab olaraq Koreya yarımadasının məsələlərində səbirli olmağın vacibliyini bildirərək regional sabitliyi qorumağın ümumi maraq olduğunu vurğulayıb.
Mənbə: Aljazeera.Com
