34 C
Baku
27 İyul 2025, 13:15
Dünya

“Korkusuz Ölüm” filminin hazırlıqları sürətlə davam edir

Bugun.tv xəbər verir ki, Azərbaycan-Türkiyə müştərək istehsalı olan “Korkusuz Ölüm” filmi üçün fevral ayının sonlarında aktyor və aktrisa seçimi nəzərdə tutulub.

Sözügedən bu flimlə Azərbaycan və Türkiyə kino sənayesinin güclərini birləşdirərək unikal bir mafiya hekayəsini təqdim edəcək.

Layihə, tanınmış azərbaycanlı iş adamları Tehran Osmanov və Burhan Şahıyev tərəfindən maliyyələşdirilir. Filmin rejissorluğunu isə təcrübəli türkiyəli rejissorlar Devrim Aksu və Özge Işık Aksu icra edəcək. Bu möhtəşəm layihə, hər iki ölkənin kino industriyasını gücləndirmək və beynəlxalq səhnədə diqqət çəkmək məqsədi daşıyır.

Filmin mövzusu:

“Korkusuz Ölüm” filmi, mafiya dünyasında baş verən qanlı olayları, intriqaları və ailə dəyərlərinin sınağa çəkildiyi dramatik hadisələri izləyicilərə təqdim edəcək. Gərgin süjet xətti və təsirli obrazlarla zəngin olan bu layihə, hər iki ölkədə böyük maraqla gözlənilir.

Hazırda filmin çəkilişlərinə hazırlıq mərhələsi davam edir. Fevral ayında keçiriləcək kastinqdə Azərbaycanın və Türkiyənin məşhur aktyorları ilə yanaşı, yeni istedadların da iştirak edəcəyi gözlənilir.

Layihənin məqsədi və əhəmiyyəti:

Film, Azərbaycan və Türkiyənin ortaq mədəniyyət və tarixi bağlarını nümayiş etdirəcək və kino sahəsində əməkdaşlığı gücləndirəcək. “Korkusuz Ölüm” həm Azərbaycanda, həm də Türkiyədə kinosevərlərin diqqətini cəlb edəcək bir layihə kimi qiymətləndirilir.

Layihənin media dəstəyi:

Bu böyük layihəyə Media Tədriz Mərkəzi, Bu Gün TV-Media Qurumu, Beynəlxalq Media TV, Beynəlxalq Film Televiziyası, Aksu Film Yapım və Fenomen Academy media dəstəyi göstərəcək.

Çəkilişlərin başlanması və premyera tarixi ilə bağlı ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Aynur Camal

Oxşar xəbərlər

Tələbələri daşıyan mikroavtobus xəndəyə aşıb: 25 nəfər yaralanıb

Sevinc Sadıqova

Quterreş: Qəzzada dözülməz ağrıların şahidi oluruq

Aynur Camal

TÜRKPA Missiyası Türkiyədə seçki məntəqələrində

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu