Bugun.tv xəbər verir ki, Tayvanın paytaxtı Taybeydə 4 aydır təmirdə olan körpü uçub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım göstərilib.
Hadisə yerinə yanğınsöndürənlər və ilkin tibbi yardım briqadaları göndərilib. “New Taipei High Riverbank” Tikinti İdarəsindən verilən açıqlamaya görə, Vuqu məhəlləsindəki körpü 17 il əvvəl açılıb.
Güclü korroziyaya görə təmir edilən körpüdə işlər avqust ayında yekunlaşmalı idi.
Mənbə: Türk mediası
