Dünya

Körpü uçdu: nəticədə ölənlərin sayı 12-yə yüksəldi

Braziliyanın şimalında Maranhao və Tokantins əyalətlərini birləşdirən Juscelino Kubitschek de Oliveira körpüsünün çökməsi hadisəsində can itkisi artıb.

Agencia Brasil-də dərc olunan xəbərə görə, həyatını itirənlərin sayı 12-yə yüksəlib. Hadisədə 5 nəfərin axtarışları davam edir.

Çaya düşən avtomobildən tapılan son cəsədin çıxarıldığı paylaşılıb. Səlahiyyətlilər körpünün uçması zamanı 4 yük maşını, 2 minik avtomobili və 2 motosikletin çaya düşdüyünü açıqlamışdı.

Sosial mediada paylaşılan görüntülərdə körpünün çökmə anı lentə alınıb.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan Ordusu İranın Naxçıvana hücumuna cavab tədbirləri görəcək

Aynur Camal

ABŞ İkinci Dünya Müharibəsindən bəri ilk dəfə olaraq hərbi gəmini torpeda ilə vurdu

Aynur Camal

İran müharibəsi genişlənir: bölgədən təxliyə uçuşları artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu