27 C
Baku
21 İyul 2025, 7:01
Baş xəbərHadisə

Kosmik gəmidəki cihazlar işə düşüb

Bugun.tv xəbər verir ki, Rusiyanın Aya göndərdiyi kosmik gəmi ilk məlumatları emal etməyə başlayıb.

Rusiyanın Aya su mənbəyi axtarmaq üçün göndərdiyi “Luna-25” kosmik gəmisindəki elmi cihazlar işə düşüb və ilk məlumatlar işlənməyə başlayıb.

Rusiyanın Aya göndərdiyi kosmik gəmi ilk məlumatları emal etməyə başlayıb

Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) “TRT Haber”ə verdiyi açıqlamada ölkənin 1976-cı ildən Aya göndərdiyi ilk kosmik gəmi olan Luna-25-in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb. Dünyanın təbii peyki olan “Luna-25”in Aya uçuşunun davam etdiyinə diqqət çəkən açıqlamada kosmik gəmidəki bütün sistemlərin normal şəkildə işlədiyi qeyd edilib. Açıqlamada kosmik gəmidəki elmi cihazların işə salındığı, əldə edilən ilk məlumatların işləndiyi bildirilib.

Luna-25 “Soyuz 2.1b” raketi ilə avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən Vostoçnıy kosmodromundan buraxılıb. Təxminən 1 il müddətində Ayda araşdırma aparacaq “Luna-25” kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirlərini araşdıracaq, eyni zamanda su axtarışlarını həyata keçirəcək.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Avropa İttifaqı ABŞ-ın tarifləri dayandırmaq qərarını alqışlayır

Aynur Camal

“Ekstremal iqlim hadisələri 2024-cü ildə 85 ölkədə 242 milyon tələbənin təhsilinə təsir göstərdi”

Aynur Camal

Məşhur gimnast selfi üçün həyatını itirdi!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu