30 C
Baku
28 İyun 2025, 14:22
Baş xəbərDünya

Kosmosda qalan NASA-nın iki astronavtını əvəz edəcək komandanın buraxılışı təxirə salınıb

ABŞ Aeronavtika və Kosmik Agentliyin (NASA) Beynəlxalq Kosmik Stansiyasında (BKS) qapalı qalan iki astronavtı əvəz edəcək 4 nəfərlik komandanın buraxılışı texniki problem səbəbindən təxirə salınıb.

Kosmosda qapalı qalan NASA astronavtları Suni Williams və Butch Wilmore-un yerinə kosmosa gedəcək komandanın buraxılacağı SpaceX raketinin buraxılış meydançasında texniki problem yaranıb.

Problemdən sonra SpaceX, NASA-nın Kennedi Kosmik Mərkəzindən planlaşdırılan buraxılışın təxirə salındığını açıqlayıb.

NASA Astronavtları Kosmosda Tutulub

Williams və Wilmore 5 iyun 2024-cü ildə Boeing-in yeni Starliner kapsulu ilə bir həftəlik sınaq uçuşu üçün ISS-ə göndərildi.

Lakin Starliner-dəki texniki nasazlıq səbəbindən iki astronavtın geri qayıtma tarixi təxirə salındı ​​və NASA kapsulun boş qayıtması barədə göstəriş verdi.

Təxminlərə görə, missiyanı öz üzərinə götürən SpaceX ehtiyat kapsulun buraxılış tarixini təxirə saldığından və onların kosmik stansiyada qalması təqribən 10 ay olacağından iki astronavt martın sonu və ya aprelin əvvəlinə kimi Yerə qayıda bilməyəcək.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanıldı

Nigar Məmmədova

18 qeyri-qanuni mühacir xilas edildi

Teymur Əziz

Qeyri-qanuni erməni birləşmələri üçün qanunsuz hərbi daşımalar davam edir – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu