5 C
Baku
19 Dekabr 2024, 12:11
Baş xəbərDünya

Kosovo Bosniya və Herseqovina vətəndaşları üçün vizaları birtərəfli qaydada ləğv etmək qərarına gəlib

Kosovonun Baş naziri Albin Kurti 2025-ci il yanvarın 1-dən etibarən Bosniya və Herseqovina vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edəcəklərini açıqlayıb.

Kurti Almaniyanın paytaxtı Berlində Avropa və Qərbi Balkan ölkələrinin liderlərinin bir araya gəldiyi “Berlin prosesi” sammiti çərçivəsində mövzu ilə bağlı açıqlama verib.

Təxminən 10 ildə Berlin Prosesi çərçivəsində əhəmiyyətli irəliləyişlərin əldə edildiyinə diqqət çəkən Kurti, daha çox hərəkətə ehtiyac olduğunu bildirib.

Albin Kurti, Kosovo qurumlarının 2022-ci ildə Berlin Prosesi çərçivəsində Qərbi Balkan ölkələri vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səyahət etməsinə imkan verəcək razılaşmanı təsdiqlədiyini vurğuladı, lakin iki qurumdan biri olan Serb Respublikası (RS) Bosniya və Herseqovina bunu təsdiqləməkdən imtina etdi.

Baş nazir Kurti, “Gözləməni bitirmək qərarına gəldim. Gələn il yanvarın 1-dən etibarən Kosovo Respublikası şəxsiyyət vəsiqəsi ilə Bosniya və Herseqovina vətəndaşlarının sərbəst gediş-gəlişinə təktərəfli icazə verəcək” deyib.

Bosniya və Herseqovina müstəqilliyini tanımadığı Kosovo vətəndaşları üçün sərt viza rejiminə malikdir. Kosovo da 2014-cü ildən Bosniya və Herseqovina vətəndaşlarına qarşılıqlılıq prinsipi əsasında viza tətbiq edir.

Qərbi Balkan ölkələri vətəndaşlarının şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət etmələrinə imkan yaradacaq müqavilə Berlin Prosesi çərçivəsində 2022-ci ildə imzalanıb. Bosniya və Herseqovina sazişi qüvvəyə mindirə bilmədi, çünki ölkənin iki subyektindən biri olan RS, müqavilənin Kosovo ilə olan hissəsinə qarşı çıxdı.

Almaniyanın keçmiş kansleri Angela Merkel tərəfindən 2014-cü ildə başlanmış Berlin prosesi Qərbi Balkan ölkələri arasında əməkdaşlığı gücləndirmək və dərinləşdirmək, həmçinin bu ölkələrin Aİ-yə inteqrasiyasını sürətləndirmək məqsədi daşıyır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Parlamentdə yumruqlar danışdı

Aynur Camal

YAP-ın 30 illiyi münasibətilə tədbir keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib-FOTOLAR

Nigar Məmmədova

Əlixan Smailov yenidən baş nazir təyin olundu

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu