19 C
Baku
8 Sentyabr 2024, 3:27
Baş xəbərDünya

Kosovo-Serbiya münaqişəsinin həlli axtarılır

Bugun.tv xəbər verir ki, Beynəlxalq ictimaiyyətin Kosovo və Serbiya arasında münasibətləri normallaşdırmaq səyləri davam edir.

Avropa İttifaqı və ABŞ-ın xüsusi nümayəndələri Belqrad və Priştinada ölkə liderləri ilə görüşüblər.

Kosovonun şimalında baş verən zorakılıqlardan sonra mövcud vəziyyətin tezliklə siyasi yolla həlli tələb olunub. Avropa Birliyinin Kosovo-Serbiya dialoqundan məsul nümayəndəsi Miroslav Layçak və ABŞ-ın Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Qabriel Eskobar iki ölkə arasındakı gərginliyi azaltmaq üçün bölgədəki təmaslarını davam etdirir.

Kosovoda ikitərəfli – Prezident və baş nazir, müxalifət liderləri və Serbiya nümayəndələri ilə görüşüb.

Danışıqlar zamanı Kosovonun şimalında gərginliyin təcili olaraq azaldılması vurğulanıb.

Kosovo serblərinin iştirakı ilə yeni seçkinin keçirilməli olduğu və iki ölkə arasında normallaşmaya dair razılaşmanın tam şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Eskobar bildirib ki, bu tələblərin yerinə yetirilməməsi Kosovo üçün mənfi nəticələrə səbəb olacaq.

O bildirmişdir ki, Serbiya Bələdiyyələr İttifaqının nizamnamə layihəsi ən qısa zamanda elan edilməlidir.

İki rəsmi Belqradda Serbiya prezidenti Aleksandr Vuçiçlə də görüşüb.

Kosovo serblərinin keçiriləcək yeni seçkilərə qatılmalı olduğu vurğulanıb.

Görüşdən sonra sosial mediada paylaşım edən AB nümayəndəsi Lajcak qeyd edib ki, iki ölkə arasında mövcud böhrana bir an əvvəl siyasi həll yolu tapılmalıdır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Abşeron rayonunda cinayət və inzibati xarakterli 1710 fakt aşkar olundu

Kəmalə Sultan

PKK-nın ən yaşlı üzvü MİT tərəfindən zərərsizləşdirildi

Nigar Məmmədova

İsrail nazirindən Netanyahuya Qəzza təhdidi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu