7 C
Baku
23 Dekabr 2024, 12:12
Baş xəbərDünya

Kosovoda gərginlik: NATO əlavə qoşun göndərir

Bugun.tv xəbər verir ki, NATO son günlər gərginliyin artdığı Kosovodakı Sülhməramlı Qüvvələrinə (KFOR) əlavə qüvvələr göndərəcəyini açıqlayıb.

Avropanın mərkəzində, Serblərin cəmləşdiyi Kosovonun şimal hissəsindəki Zveçan bölgəsində gərginlik davam edir.

Dünyanın gündəminə bomba kimi düşən 30 əsgərinin yaralanması səbəbindən 7 gün ərzində əlavə əsgər göndəriləcəyi qeyd olunub. Alay ölçüsündə ehtiyatda olan əsgərlər İtaliyada yerləşir və böhran zamanı və ya artan təhlükə qarşısında, NATO Birgə Qüvvələr Komandanının göstərişi ilə səfərbər olunurlar.

Bundan əlavə, çoxmillətli əsgərlərdən ibarət bir batalyona ehtiyac yaranarsa, KFOR-a dəstək vermək üçün yerləşdirməyə hazırlığı 14 gündən 7 günə endirmək əmri verilib.

“Bütün tərəflər Kosovonun bütün bölgələrində sülhə xələl gətirən hərəkətlərdən çəkinməlidirlər”, – NATO-nun Neapoldakı Müttəfiq Qüvvələrinin komandanı admiral Stuard Munş bəyan edib.

Xatırladaq ki, bütün bunlara səbəb Kosovonun şimalında serblərin cəmləşdiyi Zveçan, Zubin Potok və Leposaviç bələdiyyələrində aprelin 23-də keçirilən yerli seçkilərdə qalib gələn alban merlərinin seçilməsinə Kosovo serblərinin etiraz etməsi olub. Alban merlərini qorumaq üçün bölgəyə göndərilən Kosovo polisi ilə Kosovo serbləri arasında qarşıdurmalar yaranıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Hərəkət edən yük maşınında yanğın baş verdi

Bugün TV

Peşə bayramı gününə həsr olunmuş maarifləndirici tədbir və fleşmob keçirildi

Aynur Camal

İlham Əliyev: “Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu