19 C
Baku
8 Sentyabr 2024, 3:37
Baş xəbərDünya

Kostanay vilayətində üç kənd yanıb

Qazaxıstanın Kostanay vilayətində böyük yanğın baş verib. 3 kənd tamamilə yanıb. 3 mindən çox insan ev-eşiksiz qalıb.

Qeyd edək ki, zərər çəkən ailələrdən 2- si Azərbaycan vətəndaşlarıdır.

Qazaxıstan fövqəladə hallar naziri Yuri İlin sözlərinə görə isə  “Qazaxıstanda meşə yanğınları ilə bağlı 1 841 nəfər təxliyə edilib. Yanğın 100-dən çox evi yararsız hala salıb. Yanğın nəticəsində 1 nəfər ölüb, 3-ü FHN əməkdaşı olmaqla, 10 nəfər xəsarət alıb”.

O bildirib ki, bazar günü səhər saatlarında Qazaxıstanın şimalındakı Kostanay vilayətində yanğınların ümumi sahəsi 43 min hektara çatıb.  Yanğının yayılması ehtimalının yüksək olduğu səkkiz aktiv ocaq var.

Qazaxıstanda Azərbaycan Koordinasiya şurasının sədri Rəfael Cəbrayılov qeyd edir ki, “bir neçə gündürkü Prezident Qasım Comərd bəy Tokayevin Kostanay vilayətinə səfəri gözlənilirdi. Lakin bu yanğın hadisəsinə görə səfər və tədbir təxirə salınıb”.

Qeyd edək ki, tədbir geniş miqyasda tanınmış Qazax pedaqoqu, alimi Əhməd bəy Tursunovun 150 illiyi münasibət ilə keçiriləcəkdi.

Qazaxıstanın Azərbaycan diasporu təşkilatları  zərər çəkən ailələrə yardımlar göndərildiyini də bildiriblər.

Aynur Camal

Oxşar xəbərlər

Silah qaçaqmalçılığı əməliyyatı: Çox sayda silah və patron ələ keçirildi

İntizar Əmirova

Cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanıldı

Kəmalə Sultan

Yeni dövrə Yeni zəfərlərlə – FOTO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu