15 C
Baku
26 Oktyabr 2024, 8:34
Baş xəbərDünya

Krathon tayfunu sürətlə yaxınlaşır! İnsanlar həyəcan vəziyyətindədir

Tayvan yüksək hazırlıq vəziyyətindədir.

Gözlənilən “Krathon” tayfunu səbəbindən 38 mindən çox əsgər gözləmə rejimində olduğu halda, 112 uçuş ləğv edilib. Tayfundan əvvəl torpaq sürüşmələri və daşqınlar olub. Tayvan saatda 240 kilometr sürətlə hərəkət edən “Krathon” tayfunu qarşısında həyəcan siqnalı verib. Tayvanın Mərkəzi Meteorologiya İdarəsi (CWA) adanın cənub və şərq hissələri üçün xəbərdarlıq edib. Tayvan Müdafiə Nazirliyinin sözçüsü Sun Li-Fanq, 38 mindən çox əsgərin mümkün təxliyə və xilasetmə səylərinə kömək etmək üçün adanın müxtəlif yerlərində hazır vəziyyətdə olduğunu bildirib.

Nəqliyyat Nazirliyi 88 ​​daxili və 24 beynəlxalq reysin ləğv edildiyini açıqlayıb. Tayvanın cənubu ilə şərqini birləşdirən dəmir yolu xətti də bağlanıb.

Yaxınlaşan tayfunun təsirinin hiss olunduğu şərq sahilində Hualian və cənubda Pintunq şəhərində torpaq sürüşmələri və daşqınlar baş verib. Hualien şəhərində Huide tunelində baş verən sürüşmə səbəbindən magistral avtomobillərin hərəkəti üçün bağlanıb.

Daşqınlar Pinq Tunq şəhərinin kəndlərində də həyata mənfi təsir göstərib. Tayfunun yaxınlaşdığı adada əksər marketlərdə rəflər boş qalıb.

Axşam saatlarında Tayvanın cənub-qərbindəki Kaohsiunqa çatması gözlənilən tayfunun 2-3 gün ərzində təsirini davam etdirəcəyi bildirilib. Kaohsiungda məktəblər və iş yerləri bağlanarkən, insanlar evdə qalmağa çağırılıb.

Kaohsiung Bələdiyyə Başçısı Çen Çi-mai təbii fəlakətlə mübarizə iclasından sonra verdiyi açıqlamada tayfunun intensivliyi və gedişatının 1977-ci ildə 37 nəfərin ölümünə və şəhərdə böyük dağıntılara səbəb olan Thelma tayfunu ilə eyni səviyyədə olduğunu bildirib.

“Tayfundan sonra bütün Kaohsiung, müharibə kimi su və elektriksiz qaldı. Mümkün qədər çölə çıxmağı məhdudlaşdırın”, – Çen deyib.

İyul ayında 11 nəfərin ölümünə səbəb olan Gaemi tayfunundan sonra Krathon Tayvana çatan ikinci tayfun olacaq.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Mağarada 12 il yaşayan adam tapıldı

Kəmalə Sultan

10000 manat dəyərində məişət əşyaları oğurlayanlar saxlanıldı

Aynur Camal

Ümumi qiymətləri təyin edən 12 yumurta istehsalçısı üçün gözəl tələb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu