Baş xəbərDünya

Kreml: Biz Yaxın Şərqdəki gərginliyin tərəflərini təmkinli olmağa çağırırıq

Kremlin sözçüsü Dmitri Peskov Yaxın Şərqdəki vəziyyətin son dərəcə narahat olduğunu bildirib və tərəfləri mülayim olmağa çağırıb.

Yaxın Şərqdə gərginlik yüksəkdir…

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında İranın İsrailə raket hücumu ilə bağlı qiymətləndirmələr edib.

Yaxın Şərqdəki vəziyyətin son dərəcə narahatedici bir ssenari üzrə inkişaf etdiyini bildirən Peskov, “Bütün tərəfləri baş verənlərə qarşı təmkinli olmağa çağırırıq” deyib.

Peskov əlavə edib ki, dinc əhalinin ölümünə səbəb olan hər hansı hərəkəti pisləyirlər.

Rusiyanın bütün münaqişə tərəfləri ilə təmasda olduğunu və bu təmasları davam etdirdiyini qeyd edən Peskov bütün tərəfləri mülayim olmağa çağırdıqlarını bir daha vurğulayıb.

Bundan əlavə, mətbuat katibi Peskov Yaxın Şərq ölkələrinə uçuşlara müvəqqəti məhdudiyyətlərin tətbiq oluna biləcəyini bildirib.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

ABŞ–İran gərginliyi davam edir: Hörmüz boğazı əsas mübahisə mövzusu oldu

Aynur Camal

Ukraynada kütləvi dron və raket hücumu: enerji infrastrukturu hədəfdə

Aynur Camal

ABŞ–Çin sammiti: “Rəqib yox, tərəfdaş”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu