Bugun.tv xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın Polşadan sonra digər Avropa ölkələri ilə gərginliyin yaşanmasının qaçınılmaz olduğunu bildirib.
Peskov jurnalistlərə açıqlamasında Ukrayna ilə Polşa arasındakı gərgin münasibətlərlə bağlı qiymətləndirmələr edib.
Polşanın Ukraynaya silah tədarükündən imtina etmək niyyəti ilə bağlı Peskov, “Varşava ilə Kiyev arasında müəyyən gərginliyin olduğunu görürük. Bu gərginliyin artacağını proqnozlaşdırırıq”, – deyə şərh edib.
Gərginliyin digər Avropa ölkələri ilə başlaya biləcəyinə işarə edən Peskov, “Kiyevlə digər Avropa paytaxtları arasında sürtünmənin zamanla artacağını anlayırıq. Bu qaçılmazdır”, – söyləyib.
Polşanın kifayət qədər aqressiv olduğunu və dağıdıcı fəaliyyətdən və digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmədiyini müdafiə edən Peskov, “Lakin dostumuz və müttəfiqlərimiz Belarus və biz Polşadan gələ biləcək potensial təhlükələrə qarşı ehtiyatlıyıq”, – deyib.
