10 C
Baku
14 Noyabr 2024, 8:10
Dünya

Kreml Putin və Tramp arasında telefon danışığı xəbərini təkzib edib

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampla telefon danışığının olmadığını və bu mövzuda heç bir planının olmadığını bildirib. Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında cari məsələləri dəyərləndirib.

Peskov “The Washington Post”un “ABŞ-ın yeni seçilmiş prezidenti Trampın Putinlə telefon danışığı olub və Rusiya-Ukrayna müharibəsində gərginliyi azaltmağa çağırıb” xəbərini təkzib edərək, “Belə bir görüş olmayıb. Bu məlumat fakta əsaslanmır, Bu uydurmadır, “Bu yalan məlumatdır” deyib.

“Putinin Trampa zəng etməyi planlaşdırırmı?” sualına Peskov “Bununla bağlı heç bir plan yoxdur” cavabını verib.

Putinin Qərb liderləri ilə əlaqə saxlamağı planlaşdırmadığını deyən Peskov, bu mövzuda heç bir siqnal almadıqlarını, lakin buna açıq olduqlarını bildirib.

Avropa ölkələrinin “Rusiyanın strateji məğlubiyyəti” istiqamətində hərəkət etməyə davam etdiyinə diqqət çəkən Peskov, Rusiyanın Ukraynada “xüsusi hərbi əməliyyatı” davam etdirdiyini bildirib.

Mətbuat katibi Peskov bildirib ki, Tramp ABŞ prezidenti seçildikdən sonra Avropada gərginlik və qorxu müşahidə olunub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Alimlərdən şad xəbər!

Aynur Camal

“Fələstinlilərə “Səhrada və ya evdə öl” deyirlər”

Aynur Camal

HƏMAS ABŞ-ı Netanyahuya təzyiq etməyə çağırır

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu