11 C
Baku
21 Aprel 2026, 22:32
Dünya

Kreml: Rusiya nümayəndə heyəti sabah İstanbulda Ukrayna nümayəndə heyətini gözləyəcək

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin İstanbuldakı sülh danışıqları ilə bağlı açıqlamalarının əsaslı olduğunu bildirərək, “Rusiya heyəti sabah Ukrayna nümayəndə heyətini İstanbulda gözləyəcək” deyib.

Peskov paytaxt Moskvada jurnalistlərlə cari məsələləri müzakirə edib.

Türkiyənin İstanbulda ev sahibliyi edəcəyi Rusiya ilə Ukrayna arasında keçiriləcək sülh danışıqlarında iştirak edəcək Rusiya nümayəndə heyətinin üzvləri ilə bağlı sualı cavablandıran Peskov bunları deyib:

“Prezidentdən bu məsələ ilə bağlı göstəriş alanda açıqlayacağıq. Hələlik belə bir göstəriş yoxdur. Putinin mayın 11-də verdiyi açıqlamalar qüvvədə qalır. Rusiya nümayəndə heyəti sabah İstanbulda Ukrayna nümayəndə heyətini gözləyəcək”.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu