10 C
Baku
22 Fevral 2026, 18:51
Digər

Kreml Rusiya Prezidentinin Çinə qarşıdakı səfəri barədə məlumat verib

Bugun.tv bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, səfər çərçivəsində V. Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar aparacaq, həmçinin Hindistanın Baş naziri Narendra Modi, İran Prezidenti Məsud Pezeşkian, Serbiya Prezidenti Aleksandar Vuçiç, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşəcək. Bundan əlavə, Rusiya, Çin və Monqolustan liderlərinin üçtərəfli görüşü də planlaşdırılır. Putinlə Si Cinpin arasında keçiriləcək danışıqlar geniş və məhdud tərkibdə aparılacaq. Görüşlərdə ABŞ-la münasibətlər və Ukrayna ətrafında yaranmış vəziyyət müzakirə olunacaq. Rusiya nümayəndə heyətinin tərkibinə baş nazirin üç mavini, 10-dan çox nazir, həmçinin dövlət korporasiyalarının rəhbərləri və iri biznes nümayəndələri daxil olacaq.

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu