19 C
Baku
28 Oktyabr 2025, 5:46
Digər

Kremlin sözçüsü Dmitri Peskov: Nə Tramp, nə də Putin vaxtlarını boş yerə sərf etmək istəmir

Tramp və Putin arasında Budapeştdə gözlənilən görüşlə bağlı suallar qaldığı bir vaxtda Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, heç bir tərəf vaxtını boş yerə sərf etmək istəmir.

Rusiya ilə ABŞ arasında danışıqlar dalana dirənib…

Ötən həftə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra ABŞ prezidenti Donald Tramp Budapeştdə görüşə biləcəklərini elan etdikdən sonra “görüşmək istəmədiyini” bildirib.

Tramp və Putin arasında Budapeştdə gözlənilən görüşlə bağlı çaşqınlıq davam edir.

Trampın bəyanatından sonra Rusiya da bəyanat yayıb. Rusiya tərəfi Putin-Tramp sammitinə hazırlıqların davam etdiyini açıqlayıb.

Kreml Sarayının sözçüsü Dmitri Peskov sammit üçün “tarix təyin edilmədiyini” ifadə edərək, “Ancaq əvvəlcədən diqqətli hazırlıq lazımdır. Bu, vaxt apara bilər” deyib.

Peskov Trampın “vaxt itirməmək üçün görüşmək istəmədiyini” ifadəsi ilə bağlı suala “Nə Tramp, nə də Putin vaxtlarını itirmək istəmir” deyib.

Macarıstanın baş naziri Viktor Orban da sosial şəbəkədə Tramp və Putin arasında gözlənilən sammitlə bağlı paylaşım edib.

Baş nazir Orban Macarıstanın xarici işlər naziri Peter Szijjarto’nun hazırda Vaşinqtonda olduğunu bildirərək, “Sülh sammitinə hazırlıqlar davam edir. Tarix hələ qeyri-müəyyəndir. Zirvəni yeri gələndə keçirəcəyik” deyib.

Keçən həftə ABŞ prezidenti Donald Tramp Putinlə Ukraynadakı müharibəyə son qoyulmasını müzakirə etmək üçün tezliklə Macarıstanda görüşəcəklərini açıqlamışdı.

Dünən ABŞ mediası adı açıqlanmayan mənbəyə istinadən xəbər verir ki, Rusiya Trampın sülh strategiyasına sadiq qalmaq istəmir.

“VAXT İTİRMƏK İSTƏMİRƏM”

Ağ Ev rəsmisi, “Dövlət katibi Rubio və xarici işlər naziri Lavrovun məhsuldar telefon danışığı olub. Ona görə də nazirlər arasında əlavə təkbətək görüşə ehtiyac yoxdur. Prezident Trampın yaxın vaxtlarda prezident Putinlə görüşü planlaşdırılmır”.

Dünən Tramp da “İsrafi bir görüş keçirmək istəmirəm. Vaxt itirmək istəmirəm” desə də, daha da irəliləyişlərin ola biləcəyini və “gələcək iki gün ərzində” brifinq verəcəklərini əlavə edib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Deputat Fatma Yıldırım Mədəniyyət Nazirliyindən narazıdır

Kəmalə Sultan

Rusiyanın sözçüsü Peskov Podolyakı cəzalandıracağını bildirib  

Nigar Məmmədova

İsveçin sabiq milli təhlükəsizlik müşaviri məhkəmə qarşısına çıxarıldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu