Digər

Kremlin sözçüsü: “Ukraynadakı vəziyyət danışıqlar masası arxasında nizamlana bilər”

“Ukraynadakı vəziyyət danışıqlar masası arxasında nizamlana bilər. Lakin yeni ərazi reallıqları və Rusiyanın xüsusi hərbi əməliyyatının məqsədlərinə çatmaq üçün prioritet nəzərə alınmalıdır”.

Bugun.tv xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  bildirib.

“Müəyyən reallıqlar var ki, onlar Rusiyanın daxili məsələsinə çevrilib. Mən Rusiyanın yeni ərazilərini nəzərdə tuturam. Rusiya konstitusiyasının qanunları ilə  heç kim razılaşmamaya bilər. Bu, çox vacib reallıqlardır. Üstəlik, Rusiyanın xüsusi hərbi əməliyyat zamanı əldə etdiyi müəyyən məqsədlər var”, – deyə Kremlin sözçüsü  bildirib.

“Təbii ki, əlverişli şəraitdə və Ukrayna tərəfi müvafiq münasibət nümayiş etdirsə, bu, danışıqlar masası arxasında həll oluna bilər”, – o deyib. “Ancaq bu halda ən başlıcası hədəflərimizə çatmaqdır. Bu, bizim qeyd-şərtsiz prioritetimizdir. Yəqin ki, indi heç kim deyə bilməz ki, Ukrayna tərəfdən danışıqlara hazır olmaq barədə hər hansı siqnal var”, – Peskov qeyd edib.

Bugün TV

Oxşar xəbərlər

Yaponiya Hörmüz boğazına hərbçi göndərə bilər – şərt açıqlanıb

Aynur Camal

“Məktəbə endirilən zərbə ABŞ istehsalı “Tomahawk” raketi ilə həyata keçirilib”

Aynur Camal

İsrail ordusu Livanın cənubundakı 6 yaşayış məntəqəsinə hücumla hədələdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu