Baş xəbərDünya

Krım körpüsünə hücumu Ukrayna həyata keçirib?

Bugun.tv xəbər verir ki, Ukrayna mətbuatı ötən gecə Krım körpüsünə hücumun Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirildiyini yazıb.

“RBK-Ukrayna” xəbər saytı SBU-dakı öz mənbələrinə əsaslanaraq ötən gecə Krım körpüsünün strukturunun korlanmasının səbəbləri ilə bağlı hesabat dərc edib. Xəbərdə Krım körpüsünə hücumun SBU və Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən planlaşdırıldığı və yerüstü pilotsuz uçan aparatların köməyi ilə həyata keçirildiyi bildirilib. “Körpü yerüstü dronlarla hücuma məruz qalıb. Körpüyə çatmaq çətin idi, amma nəhayət bunu etmək mümkün oldu”.

Krımın Rusiya tərəfindən təyin olunan qubernatoru Sergey Aksenov təfərrüatları açıqlanmayan körpüdə fövqəladə vəziyyətin olduğunu və bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətinə bağlandığını bildirib. Rusiya sosial mediasında yayılan bəzi görüntülərdə körpüdən tüstü qalxdığı görülüb.

Bəzi KİV-lərdə Ukrayna ordusunun gecə saatlarında körpüyə raket hücumu təşkil etdiyi bildirilib.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

“Najafsoy Group” mukafata layiq görülüb-FOTOLAR

Aynur Camal

Kiber talamaya məruz qalma riskləri artır!

Elnarə Dərziyeva

Putin universitetlərdən arxaik təhsil proqramlarını yığışdırmağa çağırıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu